Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İSBAM daha bir möhtəşəm tədbir keçirdi – FOTOLAR

İSBAM daha bir möhtəşəm tədbir keçirdi – FOTOLAR

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında “Vətən saatı” adlı tədbir keçirilib. 

Tədbir Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan dövlət himni ilə başlayıb.
Giriş sözü ilə tədbiri açan Akademiyanın prorektoru Əlimərdan Quliyev vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” kimi tədbirlərin əhəmiyyətini qeyd edərək Akademiyada vətənpərvərlik saatlarının tədris olunduğunu bildirib. 
Daha sonra İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli akademiyanın müəllim-tələbə heyyəti qarşısında çıxış edərək gəncləri dövlətçilik mövqeyində, vətənpərvərlik ruhunun formalaşması üçün ali təhsil ocaqlarında vətənpərvərlik saatlarının keçirilməsinin əhəmiyyətini vurğulayıb.
 Tədbirdə “Vətən saatı” ideyasının müəllifi, yazıçı-publisist Azər Hacıbəyli Şəhidlərimiz haqqında çıxış etmiş, gənclər arasında Milli Qəhrəmanların tanıdılması və keçdikləri mübarizə yolunun yaxından öyrənilməsində bu kimi tədbirlərin əhəmiyyətli rolundan danışıb. 
Tədbirdə iştirak edən İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində medianın rolu ilə bağlı danışıb. O, çıxışında Kütləvi İnformasiya Vasitələrinin ideoloji fikrin formalaşmasında ciddi yer aldığını qeyd edib.
 Daha sonra tədbirdə iştirak edən Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova və şairə, polis mayoru Aidə Şirinova, İSBAM sədrinin müşaviri Samir Şahverdiyev çıxış edərək Azərbaycan Qəhrəmanlarının keçdiyi mübarizə yolunun gənc nəsil üçün gözəl örnək və əsl vətənpərvərlik məktəbi olduğunu qeyd etdilər. 
Tədbirin yekununda ilk Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş sənədli film nümayiş etdirilib. 
Sonda İSBAM sədri Samir Adıgözəlli Dövlət Dənizçilik Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirərək, rektor Heydər Əsəsdova və prorektorlar Zahid Şərifov və Əlimərdan Quliyevə təşəkkür plaketləri təqdim edib.

Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …