Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / İran – Qərb ra­zı­laş­ma­sı əley­hi­nə yə­hu­di lob­bi­si­nin 45 mil­yon­luq il­kin la­yi­hə­si…

İran – Qərb ra­zı­laş­ma­sı əley­hi­nə yə­hu­di lob­bi­si­nin 45 mil­yon­luq il­kin la­yi­hə­si…

Dün­ya miq­ya­sın­da xü­su­si ma­raq­la iz­lə­nən ha­di­sə­lər­dən bi­ri də İran­la Qərb döv­lət­lə­ri ara­sın­da əl­də olu­nan ra­zı­lı­ğın nə vaxt qüv­və­yə mi­nə­cə­yi­dir. Çün­ki bu ra­zı­lıq, dün­ya si­ya­sə­ti ilə ya­na­şı, iq­ti­sa­diy­ya­tı­na da cid­di tə­sir gös­tə­rə­cək. Mə­sə­lən, İran dün­ya ba­zar­la­rı­na da­ha çox neft çı­xa­ra bi­lə­cək. Am­ma ABŞ-da baş ve­rən­lər İran­la ra­zı­lı­ğın təs­di­qi­ni get­dik­cə da­ha bö­yük su­al alıt­na alır.

Məhz be­lə bir vaxtda ABŞ-da tə­qa­üd­də olan 200-ə ya­xın yük­sək rüt­bə­li sa­biq hərbçi qa­nun­ve­ri­ci­lə­ri İran­la əl­də edi­lən ra­zı­lı­ğı rədd et­mə­yə ça­ğı­rıb. Bu­nun­la bağ­lı Konqre­sin hər iki pa­la­ta­sı­na ün­van­la­nan mək­tub­da de­yi­lir ki, İra­na qar­şı sanksi­ya­la­rın ləğ­vi və gə­lən on il ər­zin­də re­ji­min mil­yardlar­la dol­la­rı­nın azad edil­mə­si İs­ra­il və Ya­xın Şər­qin təh­lü­kə­siz­li­yi­nə cid­di hə­də tö­rə­də­cək. ABŞ Kon­re­si isə sentyab­rın 17-dək ra­zı­lı­ğı ya qə­bul, ya da rədd et­mə­li­dir. Konqre­sin res­pub­li­ka­çı üzvlə­ri və Ba­rak Oba­ma­nın De­mok­rat Par­ti­ya­sın­dan qa­nun­ve­ri­ci­lə­rin bir his­sə­si ra­zı­lı­ğı təs­diq et­mə­yə­cək­lə­ri­ni bil­di­rib. Elə bu da İran­la ra­zı­lı­ğı su­al al­tı­na alır. Düz­dür, ABŞ pre­zi­den­ti Ba­rak Oba­ma Konqres üzvlə­ri­ni İran­la nü­və ra­zı­lı­ğı­nı dəs­tək­lə­mə­yə ça­ğır­maq­da da­vam edir. O, Teh­ran sa­zi­şin şərtlə­ri­nə əməl et­mə­di­yi təq­dir­də, ABŞ-ın İra­na qar­şı hər­bi əmə­liy­yat hə­ya­ta ke­çi­rə bi­lə­cə­yi­ni və ya sanksi­ya­la­rı bər­pa edə bi­lə­cə­yi­ni vur­ğu­la­yıb. Oba­ma Nü­ma­yən­də­lər Pa­la­ta­sı­nın üz­vü, nyu-yorklu de­mok­rat Cer­rold Na­del­rə yaz­dı­ğı mək­tub­da bil­di­rib: “İran nü­və si­la­hı­na doğ­ru get­sə, Bir­ləş­miş Ştat­la­rın, hər­bi mü­da­xi­lə də da­xil ol­maq­la, bir ne­çə va­ri­an­tı ola­caq”. Mək­tub­da, həm­çi­nin, ABŞ-ın ra­ke­tə qar­şı mü­da­fiə üçün İran və dün­ya qüd­rət­lə­ri ara­sın­da ra­zı­lı­ğın əley­hi­nə çı­xış edən İs­ra­i­lə ay­rı­lan və­sa­it­lə­rin ar­tı­rı­la­ca­ğı bil­di­ri­lib. Oba­ma­nın mək­tu­bu ta­nın­mış de­mok­rat se­na­tor Ro­bert Me­nen­de­zin Konqres­də ke­çi­ri­lə­cək səs­ver­mə za­ma­nı İran­la nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi­ni açıq­la­dı­ğı həf­tə gön­də­ri­lib. Res­pub­li­ka­çı­lar isə ar­tıq ra­zı­lı­ğın qar­şı­sı­nı ala­caq­la­rı­nı vəd edib.

Me­nen­dez bil­di­rib:”İran nü­və bom­ba­sı ha­zır­la­yır­sa, mən bu­nun al­tı­na im­za at­ma­ya­cam. Mən ra­zı­lı­ğın əley­hi­nə və hət­ta la­zım gəl­sə, pre­zi­dent ve­to­su­nun ləğv olun­ma­sı­na da səs ve­rə­cəm”. Me­nen­dez Oba­ma ad­mi­nistra­si­ya­sı­nı ra­zı­lı­ğın əsas ele­mentlə­ri­ni mü­za­ki­rə et­mək üçün ye­ni­dən da­nı­şıq­la­rın baş­la­ma­sı­na ça­ğı­rıb. La­kin Oba­ma ad­mi­nistra­si­ya­sı bu­nun müm­kün­süz ol­du­ğu­nu bil­di­rib. Bun­dan əv­vəl isə Nyu-York se­na­to­ru Çak Şu­mer də nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi­ni və di­gər se­na­tor­la­rı da onun ki­mi səs ver­mə­lə­ri üçün ra­zı sal­ma­ğa ça­lı­şa­ca­ğı­nı de­yib. Nü­ma­yən­də­lər Pa­la­ta­sı və Se­nat nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi təq­dir­də Oba­ma ve­to qo­ya­ca­ğı­nı vəd edib. Konqre­sin bir­lik­də ve­to­nu ara­dan qal­dır­maq üçün tə­ləb olu­nan səs­lə­rə sa­hib olub-ol­ma­dı­ğı isə mə­lum de­yil. ABŞ-da na­ra­zı­lı­ğa yol açan da­ha bir mə­sə­lə “As­so­ci­a­ted Press” agentli­nin yay­dı­ğı mə­lu­mat­dır. Mə­lu­mat­da bil­di­ri­lir ki, BMT-nin nü­və nə­za­rət­çi­si və Teh­ran ara­sın­da əl­də olu­nan əla­və ra­zı­lıq la­yi­hə­si­nə əsa­sən məx­fi Par­çin nü­və tə­si­si­ni İra­nın öz mü­fət­tiş­lə­ri yox­la­ya­caq. Agentlik bil­di­rir ki, “Əla­və sa­ziş II” ad­la­nan ra­zı­lıq nor­mal pro­se­dur­lar­dan uzaq­la­şır, çün­ki bu ra­zı­lıq əsa­sın­da İran in­kar et­di­yi fə­a­liy­yət­lə­ri­ni təf­tiş et­mək məq­sə­di­lə öz ekspert və ava­dan­lıq­la­rın­dan is­ti­fa­də edə­cək. Be­lə­lik­lə, Bey­nəl­xalq Atom Ener­ji­si Agentli­yi­nin (MA­QA­TE) nə­za­rə­tin­də olar­kən nü­və si­lah­la­rı­nı in­ki­şaf et­dir­mə­yə ça­lı­şa­caq. Düz­dür, MA­QA­TE-nin rəh­bə­ri Yu­kia Ama­no bu he­sa­ba­tın heç bir əhə­miy­yət kəsb et­mə­di­yi­ni de­yib: “Bu cür bə­ya­nat­lar bi­zim be­lə bir va­cib yox­la­ma­ya ya­naş­ma­ğı­mı­zı təh­rif edir”. Ama­no məx­fi ra­zı­lıq­la bağ­lı mə­lu­mat ve­rə bil­mə­yə­cə­yi­ni vur­ğu­la­sa da, sa­zi­şin son ver­si­ya­sı­nın tex­ni­ki ba­xım­dan əsas­lı və agentli­yin uzun müd­dət­dən bə­ri bər­qə­rar olun­muş qay­da­la­rı ilə uy­ğun ol­du­ğu­nu de­yib. Bü­tün bun­lar Konqres­də İran­la ra­zı­lı­ğın əley­hi­nə çı­xan­la­rın sa­yı­nın artma­sı­na sə­bəb olur. İs­ra­il də nü­və ra­zı­lı­ğı­nın təs­diq­lən­mə­mə­si üçün Konqre­sə təz­yiq­lə­ri­ni ar­tı­rır. Hət­ta Ba­rak Oba­ma­nın Konqres­də İran­la əl­də olu­nan nü­və ra­zı­laş­ma­sı­nın səs­ver­mə za­ma­nı qə­bul edil­mə­mə­si üçün ça­lı­şan Ame­ri­ka-İs­ra­il İc­ti­mai Əla­qə­lər Ko­mi­tə­si­ni (Aİ­PAC) sərt şə­kil­də tən­qid et­mə­si də nə­ti­cə ver­mə­yib. “New York Ti­mes” qə­ze­ti ya­zır ki, bun­dan əv­vəl Ro­nald Rey­qan, Corc Bu­şun da Aİ­PAC-lə prob­lem­lə­ri olub. La­kin bu gü­nə qə­dər heç bir pre­zi­dent ən güc­lü lob­bi­lər­dən olan Aİ­PAC-ə be­lə mey­dan oxu­ma­yıb. Aİ­PAC si­lah lob­bi­sin­dən son­ra ABŞ-da ən güc­lü lob­bi he­sab edi­lir. Ko­mi­tə­nin nü­və ra­zı­laş­ma­sı­na qar­şı ar­tıq 20 mil­yon dol­lar xərclə­di­yi, bun­dan baş­qa, ra­zı­laş­ma əley­hi­nə elan və rek­lam­la­ra isə da­ha 25 mil­yon ayır­dı­ğı bil­di­ri­lir.

İs­ra­lin mü­da­fiə na­zi­ri Mo­şe Ya­a­lon isə İra­nın nü­və proq­ra­mın­dan öz­lə­ri­ni qo­ru­ya­caq­la­rı­nı bil­di­rib. O, İra­nın nü­və am­bi­si­ya­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb: “Biz bu­nun sanksi­ya­lar va­si­tə­si­lə hə­ya­ta ke­çi­ril­mə­si­ni is­tə­yi­rik. La­kin nə­ti­cə eti­ba­ri­lə İs­ra­il özü­nü mü­da­fiə et­mə­li­dir”. İs­ra­il mü­da­fiə na­zi­ri İra­nın “al­tı­lıq” öl­kə­lə­ri ilə əl­də et­di­yi nü­və ra­zı­laş­ma­sı­nın “ta­ri­xi səhv” ol­du­ğu­nu qeyd edib. Onun söz­lə­ri­nə gö­rə, İran öh­də­lik­lə­ri­ni ic­ra et­mə­sə, İs­ra­il avi­a­zər­bə­lər en­di­rə bi­lər. Qeyd edək ki, İran­la “al­tı­lıq” öl­kə­lə­ri ara­sın­da nü­və mə­sə­lə­si­nə da­ir ra­zı­laş­ma 14 iyul­da əl­də edi­lib. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın yek­dil­lik­lə qə­bul et­di­yi qət­na­mə­də nü­və proq­ra­mı­nın nə­za­rə­tə gö­tü­rül­mə­si mü­qa­bi­lin­də BMT sanksi­ya­la­rı­nın mər­hə­lə­li şə­kil­də ara­dan qal­dı­rıl­ma­sı nə­zər­də tu­tu­lur.

Na­hid SA­LA­YEV

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın