Ana səhifə / Cəmiyyət / İran-Azərbaycan sərhədində yeni keçid məntəqəsi açılacaq

İran-Azərbaycan sərhədində yeni keçid məntəqəsi açılacaq

İran ilə Azərbaycanın sərhəd qoşunları arasındakı münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Məhz bu dostluğun nəticəsidir ki, hər iki dövlətin sərhədi etibarlı şəkildə mühafizə olunur.

Bu sözləri İranın Sərhəd Xidmətinin komandanı general Qasım Rezayi Azərbaycana səfərinin yekunları haqqında danışarkən deyib.

O bildirib ki, meydana çıxan hər hansı bir problem qarşılıqlı əməkdaşlıq əlaqələrinin səmimi xarakter daşıması nəticəsində dərhal yerindəcə həllini tapır. İran ilə Azərbaycanın sərhəd qoşunları transmilli cinayətkarların, terror təşkilatlarının üzvlərinin sərhədi qanunsuz keçmələrinə qarşı birgə mübarizə aparırlar. Əminliklə deyə bilərik ki, bu gün hər iki dövlətin sərhədi ciddi mühafizə olunur.

General nəzərə çatdırıb ki, Azərbaycan tərəfi ilə yeni sərhəd-keçid məntəqəsinin açılması barədə razılıq əldə olunub və yaxın zamanda məntəqənin inşasına başlanılacaq. Bu məntəqə insanların qarşılıqlı səfərlərini daha asanlaşdıracaq. Yeni keçid məntəqəsi əlaqələrimizin inkişafına daha böyük töhfə verəcək. AzərTAc

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …