Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İQBAL AĞAZADƏNİN MÜAVİNİ DƏLƏDUZLUQ EDİB – ŞİKAYƏT

İQBAL AĞAZADƏNİN MÜAVİNİ DƏLƏDUZLUQ EDİB – ŞİKAYƏT

Şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi deyilən Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı barədə sərt ittihamlar səsləndirilib.

Azinforum.az-ın  “qafqazinfo”ya istinadən məlumatına görə, Cənubi Azərbaycandan olan H.X (adının saytda yayımlanmasını istəməyib-red.) adlı tələbə bildirib ki, o və üç dostu bir müddət əvvəl Ramin Hacılı ilə tanış olub. Sədr müavini onlara İtaliyada təhsil almaları üçün yardım edə biləcəyini deyib və bu məqsədlə də tələbələrin hər birindən 6 min manat pul alıb.

Tələbənin sözlərin görə, R.Hacılı nəinki onların xaricdə təhsil almalarına, hətta İtaliya konsulluğundan viza əldə etmələrinə belə kömək göstərməyib: “Pulumuzu istəyəndə qaytaracağına söz verdi, lakin hər dəfə müxtəlif bəhanələrlə bizi aldatdı. Bir neçə gün əvvəl onu tutduq və xarici pasportunu əlindən aldıq. Hazırda onun xarici pasportu bizdədir və mətbuata açıqladıqları kimi ölkəni tərk etməyib, hardasa buralarda gizlənib. Bununla bağlı polisə müraciət edəcəyik. Çünki bizimlə yanaşı, başqalarını da aldatdığını bilirik”.

Tələbə bildirib ki, 18 min manat pulu Ramin Hacılıya verdiklərinə dair bütün sənədlər onlardadır və lazım gələrsə, onları da mətbuata təqdim edəcəklər.

İttihamları dəqiqləşdirmək üçün Ramin Hacılının özü ilə əlaqə saxlamaq mümkün olmadığı üçün həyat yoldaşı Aysel Əlizadəyə zəng etsək də, onunla da danışıb məsələyə münasibət öyrənmək cəhdlərimiz alınmayıb.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın