Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İnsanların 80 faizi smartfonla yatır – SORĞU

İnsanların 80 faizi smartfonla yatır – SORĞU

ABŞ-ın “Deloitte” təhlil mərkəzinin mütəxəssisləri bildiriblər ki, insanların 80 faizi yuxuya getmək üçün bir saat smartfonlarında “otururlar”.

Lent.az-ın məlumatına görə, sorğuda 18 yaşdan 75 yaşa qədər 2 mindən artıq vətəndaş iştirak edib.

Onların 81 faizi etiraf edib ki, yatmazdan əvvəl smartfonlarında “otururlar”. Bununla belə, onların 14 faizi isə elektron cihazlarından yuxuya gedən ana qədər istifadə edirlər. Demək lazımdır ki, bu tendensiya olduqca dəhşətlidir. Çünki belə bir vərdiş pis yuxuya və gün rejiminin aşağı düşməsinə səbəb ola bilər.

Bundan qurtulmaq üçün mütəxəssislər telefonu otağın o biri başında saxlamağı məsləhət görürlər. Həmçinin onlar telefonu “Narahat etməyin!” rejiminə çevirib, onsuz yatmağı məsləhət görürlər.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …