Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edildi – Fotolar

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edildi – Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimliinternat tipli gimnaziyada  təbir keçirib.


İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədi, insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.

M. Əmirhüseynova cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilmələri, bu bəladan qorunma yollarından danışıb, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. O,tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.

O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.


Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzinin direktoru Əli Mirzəyəv mövzu ilə baglı ətraflı məlumat verərək,tədbiriştirakçılarına regionda bu istiqamətdə aparılan maarifləndirici tədbirlər, onların səmərəli nəticələrindən danışaraq, gəncləri diqqətli olmağa, ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının  üzvü Sevda Məmmədova yeniyetmələrə erkən nikahların fəsadlarından danışıb və insan alveri qurbanına çevrilməmələri üçün ayıq-sayıq olmaga çagırıb.

Neftçala şəhər M. Səfərov aına inteqrasiya təlimli internat tipli gimnaziyanın  drektoru Aytəkin Mahmudova belə bir layihəyə dəstək verildiyi üçün Şura rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …