Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “İndi nə edək? Rəqəmlərin içində boğulaq?!” – Elşad Miri

“İndi nə edək? Rəqəmlərin içində boğulaq?!” – Elşad Miri

“Rəqəmlərin insan həyatına heç bir təsiri yoxdur. Bunlar hamısı mistik yanaşmalar əsassız olan məsələlərdir. Quranda 6236 ayə var. Yəni, bu 6 ilə başlayıb 6 ilə qutarması bunun nə fərqi var ki?! Ona qalsa, deyilə bilər ki, 6 ikiyə bölünəndə də üç edir. Orda 3 də, iki də var. Yəni, bunlar hamısı nağıllardır. Bu gün “Bismillah”ı saysanız, ordan fərqli rəqəm çıxacaq.  Sonra 40 rəqəmi ilə bağlı deyirlər ki, guya insan bədəninin 40 günə qədər çürüyüb torpağa qarışır gedir. Bunlar nağıllardır. İnsan öləndə onun bədəni 40 gün ərzində çürümür. Bu, adamdan adama dəyişir. Kimin cismi çoxdursa, onda proses başqadır. Az çəkiyə malik olan insanlarda da tamamilə fərqli olur”.

Bunu “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, bildirib ki, 12 rəqəmi ilə bağlı inanclara gəldikdə bu rəqəm Quranda sadəcə, Musa peyğəmbərin tayfasıyla bağlı olub: “Yəni 12 tayfası olub. 11 olsaydı, onda da 11 rəqəmini üstün tutacaqdılar. 

Cənnətdə 33 yaş məsələsinə gəldikdə, əgər 33 yaşa üstünlük verirlərsə və əgər 33 yaş özəl bir yaşdırsa, niyə Məhəmməd peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib,  əgər 33 yaş özəl bir yaşdırsa, 22 yaşında ölən necə olacaq?!

Yaşı 12 yaşında ölən uşaq necə yaşında olacaq?! O bir yaşlıların təqsiri nədir?! Bəlkə, mən özümü 15 yaşında daha yaxşı hiss eləmişəm. Yaxud da bəlkə, 28 yaşında özümü  yaxşı hiss eləmişəm?!  Niyə məni 33-ə gətirirsən?! Bunlar hamısı   nağıllar, uydurmadır. Havas elmi deyilən elm də yoxdur, bu da uydurmadır. 666 rəqəmini satanizmlə bağlayırlar. Bunlar hamısı mifdir. İnsanlar bu cür məsələlərə mifik bir don geyindirməyə çalışırlar. Biri deyir ki, faktiki olarqq mənə hansısa rəqəm daha xeyirli olur.  Bunu sınamışam.  Bunların isə heç bir əsası yoxdur”.

Elşad Miri fikirlərinə davam edərək qeyd edib ki, İslamın yeganə mənbəyi Qurandır: “Quranda da bu məsələlərə heç bir zaman toxunulmur. Sadəcə olaraq, Nuh peyğəmbərlə bağlı bir anlayış var. Onun 1000 ildən 50 il az yaşadığı deyilir. Bu gün həqiqətən də Mesopotomiyanı araşdıranda da  insanların yaşlarıyla bağlı 1000 ildən 20 il az yaşamaq anlayışları olub.  

Bildirirlər ki, Nuh öz gəmisinə 40 növ heyvanı mindirib. Niyə?! Həmin dövrdə 41-ci yox idi?! Bunlar əsassızdır. Məsələnin mahiyyəti kənarda qalır. İnsanları məqsəddən yayındırmaq üçün olan məsələlərdir. Bu məntiqlə götürsək, krişnaidlərdə 107, 109,  32 məsələsi olur.  Hər birində ayrı-ayrı rəqəmlər var. İndi nə edək?! Rəqəmlərin içində boğulaq?! Niyə insanlar bunları mistikləşdirdi? Bu gün mifologiya ölməyib. İnsanlar da belə şeylərə inanmağı xoşlayırlar”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …