Ana səhifə / Cəmiyyət / İmtahan sualları satılır? – Valideynlər çaşqındır

İmtahan sualları satılır? – Valideynlər çaşqındır

“13 mayda DİM ali məktəblərin II və III qrupu üzrə qəbul imtahanı keçirir. Ortaya maraqlı müəllimlər düşüb. Deməli, onlar abituriyentlərə müəyyən məbləğə test tapşırığı satırlar ki, bəs bunlar düşəcək, bu mövzu düşəcək”. 

Cebhe.info xəbər verir ki, bu sözləri təhsil eksperti olan Kamran Əsədov deyib. O, bildirib ki, birdə “bunker müəllimləri” ortaya çıxıb:

“Əziz valideynlər, abituriyentlər: qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını, mövzuları öncədən bilmək, məlumatlı olmaq mümkün deyil. Qəbul imtahanları çox ciddi şəkildə təşkil olunur, yüksək səviyyədə təhlükəsizlik təmin olunur. Kimsə bunker sistemində aparılan işlər barədə kənara məlumat ötürə bilməz.

İmtahandan yaxşı nəticə əldə etməyin bir yolu var: oda yaxşı hazırlıq.

Sizə yalandan vəd verəcək repetitor, kurs və şəxslərə inanmayın.

Heç kimin müəllifi olduğu test tapşırığı tam şəkildə istifadə olunmur. Yəni heç kim düşəcək sualları deyə bilməz”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …