Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İmişlidə seçki: “Pulu götür, imzandan imtina et”

İmişlidə seçki: “Pulu götür, imzandan imtina et”

Xəbər verdiyimiz kimi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu rayonun sabiq deputatı İltizam Əkbərlinin deputatlığa namizəd kimi qeydə alınmasına maneçilik törədir, DSK-ya təzyiq göstərir. 
Saytımızda gedən müvafiq materialdan sonra İmişlidə bu xüsusda vəziyyət daha da pisləşib. Bu barədə Musavat.com-a danışan İltizam
Əkbərli bildirib ki, İmişlidəki seçki qanunsuzluqları barədə MSK-ya vurduğu teleqramın nəticəsizliyini görən rayon İH-nin başçısı V.Hacıyev son 2 gündə seçki prosesinə qanunqzidd müdaxiləni daha da artırıb.
İ.Əkbərli deyir: “79 saylı dairədən mənim deputatlığa namizədliyimin qarşısını almaq üçün dairə seçki komissiyasının sədri Sabit Yaqubova edilən təzyiqlər nəticə vermədiyindən başçı imzaları yoxlayan ekspert qrupuna təzyiqləri gücləndirdi. Ancaq Hacıyev qrupun rəhbəri Yaqub Mirişovu kabinetinə çağıraraq ona təzyiqlər etsə də, istədiyinə nail ola bilmədi. Dünən isə o, mənim imza vərəqələrimi dairə seçki komissiyasından alaraq, özünün yerli nümayəndələrinə və bələdiyyə sədrlərinə, vərəqdə olan seçiciləri verdikləri imzadan pul müqabilində imtina etdirmək tapşırığı verib. Görünən odur ki, namizədliyimi geri götürmək üçün rayonun ən varlı idarə rəhbərlərindən birinin vasitəsilə mənə təklif olunan böyük məbləğdə puldan imtina etdiyimə görə V.Hacıyev bu pulu yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və mənə imza verən şəxslərə paylamaqla öz məqsədinə nail olmaq istəyir. Dairəyə daxil olan Çaxırlı kəndində İH-nin yerli nümayəndəsi Seyidov Əyyar Mirhüseyn oğlunun bu gecəki fəallığı nəticəsində artıq bir çox insanlar verdikləri imzalardan imtina ediblər. Eyni vəziyyət gecə boyu dairənin Yalavac və digər kəndlərində də davam edib. Məqsəd yığılan 550 ədəd imzanın 150-ni bu üsulla saxta elan edib məni qeydə almamaqdır”.
İ.Əkbərli Seçki Məcəlləsinin 11.1.1-ci (Dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin seçkilərin gedişinə müdaxiləsi qadağandır) və 11.1.2-ci maddələrinə (…seşkinin nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayən məcəlləsində nəzərdə tutulan məsuliyyətə səbəb olur) uyğun olaraq bu əməlin ciddi qanun pozuntusu olduğunu bildirir və bu qanunazidd əməlin qarşısının alınması üçün yenidən MSK-ya və rayon prokurorluğuna müraciət etdiyini deyir.

 

musavat.com

Həmçinin oxuyun

“Azərbaycanda qadınları işə götürəndə…” – Tanınmış yazıçı görün nələr danışdı…

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da iş həyatında qadınlara kişilərdən daha çox güzəşt və üstünlük …

Bir cavab yazın