Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / İmişlidə gecə yarısı yaşıl soyqırım – Vilyam Hacıyevin işçiləri qanunlara məhəl qoymur

İmişlidə gecə yarısı yaşıl soyqırım – Vilyam Hacıyevin işçiləri qanunlara məhəl qoymur

Bu dəqiqələrdə  İmişli şəhərində  Heydər Əliyev prospektində, rayon prokurorluğunun qarşısındakı ağaclar kəsilir.

Avropa.info-nun  hadisə yerində olan müxbirinin verdiyi məlumata görə,  ağacları icra hakimiyyətinin fəhlələri kəsir.
Müxbirimizin “ağacları niyə kəsirsiniz” sualına , ərazidə olan icra hakimiyyətinin əməkdaşları  “get işinlə məşğul ol, əcəb edirik, prezident  deyib ” cavabını veriblər. Bundan sonra isə əməkdaşımıza çəkiliş aparması üçün maneəçilik törədilsə də, müxbirimiz  “yaşıl soyqırım”dan bəzi kadrları çəkə bilib.
Qeyd edək ki. ölkə başçısı  İlham Əliyev  məmurların  ağacları kəsməsi faktlarına qarşı dəfələrlə kəskin iradını ortaya qoyub.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın