Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İlyas İsmayılovdan Abel Məhərrəmovu pərt edəcək etiraf: “800 dollar aldıqdan sonra…”

İlyas İsmayılovdan Abel Məhərrəmovu pərt edəcək etiraf: “800 dollar aldıqdan sonra…”

Sabiq sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılov lideri olduğu Ədalət Partiyasının bugünkü qurultayında Azərbaycan hökumətinin təhsil siyasətini kəskin tənqid edib.
İ.İsmayılov bildirib ki, hazırki təhsil sistemi savadlı və layiqli vətəndaş yetişdirmək iqtidarında deyil.
Partiya sədri dövlət ali məktəblərində ödənişli təhsilin verilməsini yolverilməz adlandırıb. “Bir halda ki, bu universitetlər dövlət tərəfindən maliyyələşdirilir, nəyə görə burda ödənişli təhsil olmalıdır? Qardaş Türkiyə Cümhuriyyətində bütün dövlət universitetləri ödənişsizdir. Bizdə də belə olmalıdır”.
İ.İsmayılov təhsil sistemində rüşvətin geniş yayılmasına da diqqəti yönəldib, konkret bir misal çəkib: “Hələ Milli Məclisin üzvü olarkən Bakı Dövlət Universitetinin bir tələbəsi mənə müraciət edərək, kəsiri olduğunu bildirmiş, yenidən imtahan verməsi üçün göndəriş verilməsinə kömək etməyimi xahiş etmişdi. Mən BDU-nun rektoru Abel Məhərrəmova zəng etdim. O, yerində olmadığından köməkçilərilə danışdım. Məni çox hörmətlə dinləyib, rektora məruzə edəcəklərinə söz verdilər. Sonradan eşitdim ki, həmin tələbədən 800 dollar aldıqdan sonra göndəriş veriblər…”
Partiya sədri təhsil sistemində ciddi islahatların vacibliyini bildirib, müəllimlərin əvvəlki nüfuzunun özünə qaytarılmasına və onların maaşlarının artırılmasına çağırıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …