Ana səhifə / Cəmiyyət / İlqar Qulusoyun oğlu birinci sinifə getdi — FOTOLAR

İlqar Qulusoyun oğlu birinci sinifə getdi — FOTOLAR

“Lider” telekanalının mərhum əməkdaşı, jurnalist İlqar Qulusoyun oğlu Cavidan birinci sinfə gedib.

Ölkə.Az xəbər verir ki, bu barədə mərhum həmkarımızın iş yoldaşı Elnur Niftəliyev yazıb:

“2016-cı ilin Bilik günündə məktəbə ilk dəfə qədəm qoyanlar arasında mərhum qardaşımız, dostumuz, həmkarımız İlqar Qulusoyun oğlu Cavidan da var. Əməkdaşlarımız da “Lider TV” ailəsi olaraq onların yanında oldular.
İnşallah, Cavidan atasının arzularını gerçəkləşdirər, biz də baxıb sevinərik”.

Qeyd edək ki, İlqar Qulusoy bu ilin iyul ayında futbol oynayarkən qəfil ürək tutmasından vəfat edib.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın