Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / İlqar Hüseynlinin rəhbərlik etdiyi təşkilat Avropada ilkə imza atdı – FOTO

İlqar Hüseynlinin rəhbərlik etdiyi təşkilat Avropada ilkə imza atdı – FOTO


4-6 Dekabr 2019-cu il tarixində Şərq Təfərdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun Brüssel şəhərində keçirilən 11-cı Assambleyasında 2019-cu ildə icra olunan layihələrin mükafatlandırılması aparılmışdır. Mükafatlandırma prosesi 200 nəfərə yaxın iştirakçı tərəfindən gizli (onlayn) səsvermə ilə keçirilmişdir. Azərbaycandan İlqar Hüseynlinin rəhbərlik etdiyi Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi layihə 2-ci yerin qalibi olaraq diplomla təltif edirlib.


Şərq Təfərdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusdan olan 400-ə yaxın QHT təmsil olunur. Azərbaycan QHT-lərindən belə bir mükafatı ilk dəfə olaraq Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi almışdır. Bu bir daha onu təstiq edir ki,Azərbaycan QHT-ləri həm yerli həm də beynəlxalq səviyyəli layihələri ugurla icra etmək imkanlarına sahibdir və öləkimzin mötəbər tədbirlərdə nüfuzunu qaldırmaq gücündədir.
Layihə Azərbaycanın Qəazax-Ağıstafa bölgəsində həyata keçirilmişdir. Latviya,Gürcüstan və Ukraynadan olan ekspertlər yerli sahibkarlarla təcrübə mübadiləsi aparmışlar.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …