Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “İlkin versiyaya görə yanğın quru otdan başlayıb” – Kəmaləddin Heydərov

“İlkin versiyaya görə yanğın quru otdan başlayıb” – Kəmaləddin Heydərov

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb: “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil”.

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: “Kameralarda, yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …