Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İlkin Həsəni: “Gələcəyimizi məhv edən hər bir saxtakarın üzünə tüpürüm!”

İlkin Həsəni: “Gələcəyimizi məhv edən hər bir saxtakarın üzünə tüpürüm!”

Aparıcı İlkin Həsəni ölkədə keçirilən növbədənkənar Parlament Seçkilərinə sərt reaksiya verib.

Unikal.org xəbər verir ki, aparıcı bu barədə sosial şəbəəkədəki şəxsi profilində yazıb. Bu dəfəki seçkilərdə fərqli proseslər görmədiyi üçün təəssüfləndiyini bildirib:

“Fikirləşdim ki, bu dəfə hər şey fərqli olacaq, əsl mübarizə görəcəm, şəffaflıq görəcəm. Amma nə gördüm? Müşahidəçini sürürüyən polisimi gördüm, bədəninin müxtəlif yerlərindən bülletenlər çıxaran müəlliməmi gördüm, adamın üzünə duran məntəqə sədrlərimi gördüm, topa bülletenlər atan babalarımı gördüm, rayon qeydiyyatı ilə Bakıda səs verən nənələrimi gördüm. Gələcəyimizi məhv edən hər bir saxtakarın üzünə tüpürüm!”

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …