Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İlham Pirməmədov və tanınmış şairin oğlunun ölümü

İlham Pirməmədov və tanınmış şairin oğlunun ölümü

Məlum olduğu kimi, ötən gün tanınmış Azərbaycan şairi Əli Kərimin oğlu Orxan Kərimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Məlumat üçün bildirək ki, onun ölümünün əsas səbəbi kimi son illər qarşılaşdığı problemlərdən doğan stresslər göstərilir.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimov qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham edilərək 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Bu qanunsuz həbs 2012-ci ilin 21 iyununa qədər davam etmişdi. Ürəyində ciddi poblemlər olan Orxanın səhhətinin türmədə daha da pisləşməsi, üstəlik, ittihamların təsdiqini tapmaması onun həbsdən buraxılmasıyla nəticələnmişdi. Həbsdən çıxandan dərhal sonra, iyunun 27-də o, əməliyyat olunmuşdu və 3-cü dəfə ürəyinə stend qoyulmuşdu. Amma bütün bunlara rəğmən Orxan Kərimov artıq aramızda yoxdur. O haqsızlığın qurbanıdır və ona qarşı edilən haqsızlığın müəlliflərindən biri də Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovdur.

Savash.org olaraq artıq unudulmaqda olan məşhur məhkəmə prosesi ilə bağlı bəzi məqamları yenidən xatırlatmaq qərarına gəldik. Qeyd edək ki, 2011-ci ilin iyun ayında Təhsil Nazirliyində baş verən qanunsuzluqlarda ittiham olunaraq həbs edilən Orxan Kərimovun mətbuata ünvanladığı çoxsaylı məktublar o zamanın ən səs-küylü mövzularından sayılırdı. Bundan isə daha çox aparat rəhbəri İlham Pirməmmədov narahatlıq keçirirdi və bu heç də səbəbsiz deyildi.
Bu baxımdan mərhum Orxan Kərimovun anası Elza Kərimovanın bir vaxtlar mətbuata verdiyi açıqlamalara yenidən göz atmaq maraqlı olar: “Prokurorluq açıq-aşkar İlham Pirməmmədovu himayə edir. İlham Pirməmmədov barəsindəki iş bağlana da bilər. Bu, görünməmiş qanunsuzluqdur. Qanunsuz köçürmələr barədə sənədləri imzalayan şəxs məsuliyyətdən yayındırılır, Orxan Kərimov isə günahsız olduğu halda, tələsik məhkəməyə çıxarılır”.

İşin başqa tərəfi ondan ibarətdir ki, Orxan Kərimovu əvvəlcə 2009-cu ildə rüşvət almağıyla bağlı ittiham edirlər. Sonra 2008-2010-cu illərdəki “qanun” pozuntuları da bura daxil olur.

Bildirək ki, Orxan Kərimov mətbuata ünvanladığı məktubunda da bu barədə yazırdı: “Qanunsuz köçürmələrlə bağlı Nazirliyin Aparatının rolunun aydınlaşması barədə mənim istintaqa ünvanladığım vəsatətə isə ildırım sürətiylə cəmi 1 gün ərzində baxılır və rədd edilir. İşin materiallarında isə qanunsuz tələbə köçürmələrinə yaşıl işıq yandıran yeganə rəsmi sənəd olan – Nazirliyin razılıq məktublarının İlham Pirməmmədovun imzalanması göstərilmişdir”.

Mövzuyla bağlı daha təfərrüatlı bəhs edə, o zaman ölkə mətbuatında dərc olunan məqalələrdən daha şok çıxarışlar gətirə bilərdik. Amma bunların heç biri ömrü yarıda qırılmış Orxan Kərimovu geri qaytarmayacaq. Onun keçirdiyi mənəvi sarsıntıların baiskarı ilham Pirməmmədov isə hələ də iş başındadır. Pirməmmədovun vicdan əzabı çəkib-çəkməməsi isə heç nəyi dəyişməyəcək…

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın