Prezident İlham Əliyev Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət liderlərini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçıları şərəfinə verilən ziyafətdə birinci ledi Mehriban Əliyeva da iştirak edib. Ziyafətdə çıxış edən dövlət başçısının daha sonra bir sıra dünya liderləri ilə təkbətək görüşü planlaşdırılır.