Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyevin jurnalistlərlərlə görüşü başa çatdı

İlham Əliyevin jurnalistlərlərlə görüşü başa çatdı

Azərbaycan Mətbuat Şurasının üzvləri prezident İlham Əliyevlə görüş keçirir.
Bu haqda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə məlumat və şəkillər yayıb. Baş redaktor qeyd edib ki, prezidentlə görüşdə telefonlar yasaq olsa da, “bir yolunu taparaq” xalq informasiya verməyi vacib sayıb.
Qeyd edək ki, görüş Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibəti ilə keçirilir. Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşova prezident tərəfindən orden təqdim olunub. Ə.Amaşov da öz növbəsində prezidenti təltif edib. Bundan başqa, İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin daha üç üzvünü – Vüqar Səfərlini, Azər Həsrəti və Rauf Arifoğlunu şəxsən təltif edib.
Mükafatlandırma mərasimindən sonra prezidentlə jurnalistlər arasındakı görüş başa çatıb. Bu barədə Rauf Arifoğlu öz facebook profilində məlumat verib.
Görüşdən hazırlanmış geniş reportaj və çəkilmiş şəkillər axşam saatlarında yayılacaq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın