Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyev yeni hərbi şəhərciyin açılışında – FOTO

İlham Əliyev yeni hərbi şəhərciyin açılışında – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın