Ana səhifə / Cəmiyyət / İlham Əliyev xəbərdarlıq etdi: “Heç kim əlavə güzəşt tələb etməməlidir”

İlham Əliyev xəbərdarlıq etdi: “Heç kim əlavə güzəşt tələb etməməlidir”

Bu gün Bakıda ənənəvi illik beynəlxalq neft-qaz sərgisi işə başlayıb. Dünyanın onlarla ölkəsindən yüzlərlə enerji şirkətinin qatıldığı sərginin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev mühüm bəyanatlar verib.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan prezidenti çıxışının bir hissəsini Cənub Qaz Dəhlizinə həsr edərək bildirib ki, bu layihənin həyata keçirilməsi üçün koordinasiyaya böyük ehtiyac var.

Prezident Əliyev deyib ki, o, bu məsələni fevral ayında “Cənub Qaz Dəhlizi”inə dair Məşvərət Şurasının Bakıda keçirilən toplantısında qaldırıb. “Bu layihənin həyata keçirilməsi üçün qarşılıqlı etimad ən yüksək səviyyədə olmalıdır”-prezident vurğulayıb. İlham Əliyevin sözlərinə görə,bu layihə çərçivəsində bütün iştirakçılar vahid məqsədə can atmalıdır və heç kim özünə əlavə güzəştlər tələb etməməlidir.

“Cənub Qaz Dəhlizinin icrasında Azərbaycan liderlik mövqeyini bir daha göstərib. Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə aparıldı və Azərbaycan Türkiyə ilə TANAP layihəsini

imzalayaraq əsas addımı atdı” –İlham Əliyev çıxışında bildirib.

İ.Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını söyləyib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”- deyə Azərbaycan dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda da prezident Cənub Qaz Dəhlizinə qarşı müəyyən süni maneələrin yaradıldığını ilk dəfə bəyan edib. Azərbaycan prezidenti bildirib ki, əgər bu layihəyə əngəllər yaradılsa ondan udan tərəf olmayacaq. Eyni zamanda Azərbaycanın alternative variant var, bu da Türkiyə bazarında daha çox qaz satmaqdır.

Azərbaycan prezidentinin son çıxışında “heç kim əlavə güzəştlər tələb etməməlidir” sözlərinin Yunanıstana ünvanlandığını təxmin etmək çətin deyil.

Məhz bu ölkədə hakimiyyət dəyişikliyindən sonar yeni hökumət TAP kəmərindən daha çox mənfəət tələb etməyə başlayıb, eyni zamanda Rusiya ilə “Türk axını” layihəsinə dair danışıqlara girərək TAP-ın inşasını ləngiməkdədir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın