Ana səhifə / Cəmiyyət / İlham Əliyev DTX-nın 4 əməkdaşına general rütbəsi verdi

İlham Əliyev DTX-nın 4 əməkdaşına general rütbəsi verdi

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu – general-mayor

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu – general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu – polkovnik

Usubov Mütəllim Məhiş oğlu – polkovnik

«Vətən uğrunda» medalı ilə:

Ağayev Ramil Ağami oğlu – mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu – kapitan

Səfərov Fuad Vaqif oğlu – polkovnik

Süleymanov Elşən Müzəffər oğlu – mayor

«İgidliyə görə» medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu – kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu – kapitan

Rəsulov Ramin Qabil oğlu – mayor

Yusifzadə Emin Elxan oğlu – kapitan

«Hərbi xidmətlərə görə» medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu – mayor

Bayramlı Elbrus Binəli oğlu – ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu – polkovnik

Qasımov Səbuhi Vaqif oğlu – mayor

Məmmədov Madar İbrahim oğlu – kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu – polkovnik

Paşayev Elnur Elman oğlu – kapitan.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın