Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyev: “Doğrudanmı faşizm Avropada yenidən baş qaldırır?”

İlham Əliyev: “Doğrudanmı faşizm Avropada yenidən baş qaldırır?”

“Qərb sovet xalqının II dünya müharibəsindəki xidmətlərini qəsdən azaldır və Avropada faşizm ideplogiyasının inkişaf etdirilməsinə şərait yaratmağa çalışır”.

Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Ağsu rayonunda ictimaiyyət qarşısındakı çıxışında Azərbaycan prazidenti İlham Əliyev çıxış edib.

İlham Əliyev Avropaya üz tutan miqrantlarla qəddar davranılmasına və ayrı-ayrı avropalı siyasətçilərin müsəlman qaçqınların öz ölkələrinə buraxmaq istəməməsi barədəki bəyanatlarına münasibət bildirərkən deyib ki, bu cəhdlər anlaşılmazdır.

“Bu, nə deməkdir? Bu, faşizmdir, rasimdir, ksenofobiyadır. Doğrudanmı faşizm Avropada yenidən baş qaldırır? Amma axı faşizm şərdir bə bu, müsəlman dünyasında yaranmayıb. Faşizmin harada yarandığını biz yaxşı bilirik. Onlar istəyir ki, biz bunu unudaq. Qərbdə həqiqətləri, II dünya müharibəsi haqdakı məlumatları qəsdən təhrif edirlər. Bu müharibədə sovet ordusunun, o cümlədən Azərbaycan xalqının nümayəndələrinin göstərdiyi qəhrəmanlıqları gözdən salmaq istəyirlər” – deyə İlham Əliyev bəyan edib.

İlham Əliyevin sözlərinə görə, bu gün Avropada baş verənlər nasiszm ideologiyasının “köhnə qitə”də çiçəkləndiyi günləri xatırladır: “İnsanları yenə də kateqoriyalara, millətlərə, dinlərə bölürlər. Ona görə də islamofobiya çox ciddi təhlükədir. Bu, həm bizim üçün,- çünki biz müsəlmanıq,- həm də digərləri üçün təhlükəlidir”.

Azərbaycan prezidenti bəyan edib ki, bu qarşıdurmanın həm ideoloji əsasları var, həm də o, təbii sərvətlər və nefuz dairəsi uğrunda mübarizənin təzahürüdür.

İlham Əliyev bəyan edib ki, Azərbaycan Qərbin bəzi dairələrinin bu ölkəyə təsir göstərmək cəhdlərinin qarşısını alacaq və Bakıya qarşı addımların heç biri caavabsız qalmayacaq: “Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düz yoldayıq”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın