Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …