Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyevə Obamadan dəvət – iki mənfi yüklü ajiotaja birdən son qoyuldu

İlham Əliyevə Obamadan dəvət – iki mənfi yüklü ajiotaja birdən son qoyuldu

Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.
Xatırladaq ki, sammit yazda keçiriləcək.
Bu sammit iki ildən bir keçirilir.
Ilham Əliyevin məhz bu cür həssas məqamda ABŞ-a dəvət edilməsi olduqca diqqətçəkəndir. Eyni zamanda, bu dəvətin məhz Obama tərəfindən edilməsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məlumdur ki, son günlər ərzində ABŞ-Azərbaycan münasibətlərində soyuqluğa səbəb ola biləcək bir ab-hava yaradılmışdı. Konqresmen Smit Azərbaycan üçün sanksiyaları nəzərdə tutan bir layihəni qanunverici orqana təqdim etdi. Təbii ki, bu cür vəziyyət hər iki ölkənin daxilində Azərbaycan hakimiyyətini istəməyən qüvvələrin əlinə təbliğat üçün əsas verdi. Hansısa konqresmenin fərdi təşəbbüsü az qala ABŞ dövlətinin rəsmi mövqeyi kimi təqdim edilirdi. Hər iki ölkədə olan bəzi dairələr hətta belə qənaət hasil edirdi ki, bu, ABŞ-ın Azərbaycanı cəzalandırmaq istəyindən irəli gəlir. Ancaq Obamanın son dəvəti hər iki ölkənin daxilində formalaşmış iki mənfi yüklü ajiotaja birdəfəlik son qoydu. Bununla bir daha sübut olundu ki, Obama və onun administrasiyası İlham Əliyev və onun komandası ilə sıx əməkdaşlıqda maraqlıdır.
Bu dəvətin iki ölkə arasındakı gələcək münasibətlərə nə kimi təsiri olacaq?
Politoloq Qabil Hüseynlinin fikrincə, belə dəvətin reallaşması iki dövlət arasındakı münasibətlərə yalnız müsbət impuls verə bilər: “Bilirsiniz ki, hazırda dünyada qarışıq geopolitik mənzərə yaranıb. Azərbaycan da həmin ziddiyyətli ölkələrin coğrafi mərkəzinə düşür. Bundan əlavə, bizim Dağlıq Qarabağ kimi problemimizin olmasından bəzi dövlətlər təzyiq rıçaqı kimi istifadə edir. Son vaxtlar Rusiya ilə ABŞ arasındakı münasibətlərin gərginliyi bizim üçün də xoş olmadı. Təbiidir ki, ABŞ və Qərb bizi birmənalı olaraq Rusiyaya qarşı koalisiyada görmək istəyir. Ancaq Azərbaycan hakimiyyəti də haqlı olaraq bu böyük və qonşu dövlətlə normal münasibətlər qurur. Belə olan təqdirdə ABŞ-da olan erməni lobbisi hərəkətə keçir. Biz dəfələrlə analoji vəziyyətin yaranmasına şahid olmuşuq. Bu yaxınlarda isə Azərbaycana qarşı daha sərt addımlar atmaq istədilər. Konqresə sanksiya layihəsi təqdim edildi. Bəziləri bunu ABŞ dövlətinin Azərbaycana olan qəzəbli münasibəti kimi yozurdu.
Ancaq İlham Əliyevin ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycana münasibətin heç də deyilən səviyyədə olmadığını ortaya qoymuş oldu. Hesab edirəm ki, bu həm də Azərbaycanın dövlətçiliyinə verilən yüksək qiymətdir.
Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın