Ana səhifə / Cəmiyyət / İlhaməni nə gözləyir? – 4 il həbs və…

İlhaməni nə gözləyir? – 4 il həbs və…

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın xalq artisti İlhamə Quliyeva barəsində səsləndirdiyi ağır ittihamlar ictimaiyyətdə böyük rezonans doğurub.

Belə ki, M.Hüseynova məktubda xalq artistinin ona qarşı etidiyi amansızlıq, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdən, işgəncələrdən söz açıb. Sabiq köməkçi məktubunda İlhamə Quliyeva tərəfindən ötən ilin oktyabrın 17-də mətbuata təqdim edilən videonun onun iradəsinə əks olaraq, qorxudularaq, namusunu ləkələməklə hədələnib çəkildiyni deyib: “Hamısı birləşib namusumu ləkələməklə qorxudub, diz çökərək hər şeyi boynuma almağımı tələb etdilər…Onların namusumu ləkələyəcəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefonla çəkirdilər”.

Məktubda mətbuata məlum olmayan bəzi faktlar da yer alıb. Bütün bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunub, ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

“Xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə cinayət məsuliyyətinə cəlb oluna bilər”. “Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əməli törədən şəxs hətta iki ilədək azadlıqdan məhrum edilə bilər: “Köməkçinin təhdid olunub-olunmadığını, ona hansı qaydada hədə-qorxu gəlindiyini dəqiq aydınlaşdırmaq lazımdır. Dəqiq bilmədən məsələyə münasibət bildirmək çətindir. Deyim ki, bu məsələ bir qədər qaranlıqdır. Əgər şəxs öldürülmək və ya sağlamlığına ağır zərər vurmaqla hədələnirsə və hədənin icra ediləcəyi üçün real əsaslar mövcuddursa, bu əməli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu maddəyə əsasən 200 (iki yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etməz cəzası nəzərdə tutulub.

Lakin hər bir halda məsələni dəqiq aydınlaşdırmaq lazımdır, yalnız bu zaman hüquqi qiymət vermək olar. Ola bilsin, həmin köməkçiyə o cür yalvarmaq üçün şirinlikləşdirici vədlər verilib. Bu, artıq onu aldatmaqdır və buna görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb”.

Hüquq müdafiəçisi Müzəffər Baxış şəxsin icazəsi olmadan barəsində video çəkilməsinin, mətbuatda yayılmasının da cinayət tərkibli olduğunu deyib: “Əgər bu video şəxsi həyatı ilə bağlıdırsa və video şəxsin razılığı olmadan yayılıbsa bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 100 (yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya 240 (iki yüz qırx) saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Cinayət Məcəlləsinin 156.2-ci bəndinə əsasən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Video görüntülərində sabiq köməkçi İlhamə Quliyevaya yalvarıbsa, bu, şəxsi məsələdir. Əgər görüntü gizli videokamera ilə köməkçinin iradəsi olmadan çəkilibsə, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütün hallarda məsələ tam obyektiv araşdırlmaldır”.

M.Hüseynova məktubunda onu da qeyd edib ki, barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci – soyğunçuluğa cəhd maddəsi ilə ibtidai istintaqı aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a açıqlamasında bu məlumatı təsdiqləyib. E.Sultanov bununla bağlı prokurorluq tərəfindən tezliklə geniş məlumat veriləcəyini bildirib.

Xalq artisti, “Şöhrət” ordenli İlhamə Quliyeva isə olaya özünəməxsus şəkildə münasibət bildirib. Belə ki, o, lent.az saytına açıqlama verərək sabiq köməkçisini hədələməkdə davam edib: “Ona demək istəyirəm ki, ay qulluqçu, sənin haqqın çatmır ki, həbsxanada otura-otura cəfəngiyyat məktublar göndərəsən. Bu işlərin axırı sənin üçün çox pis olacaq. Hazırda prokurorluqda barəndə iş gedir. Barəmdə dediyin şərlər, böhtanlar heç vaxt mənə yapışmaz. Sənin söylədiklərinə də kimsə inanmaz… İlhamənin imkanı olsaydı, səni tikə-tikə doğrayardı ki, sən bu dünyada yaşamayasan.Çünki sən insanlara ancaq xələl gətirirsən”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın