Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bu il İlahiyyat İnstitutuna qəbul keçiriləcəyini bildirib: “İnstituta 60 nəfər qəbul olunacaq. Hələlik İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Sonra isə instituta ayrıca yer verilməsi və yaxud ayrıca bir kampus tikilməsi məsələsi həll olunacaq”.

Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.