Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / İki qız anası evdən niyə qaçıb? – “Boşanandan sonra həyat yoldaşı…”

İki qız anası evdən niyə qaçıb? – “Boşanandan sonra həyat yoldaşı…”

Masallı rayonunda ananın iki qız övladını ataraq qaçmasının bəzi təfərrüatları məlum olub.

Rayonun Təklə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Məmmədova Yeganə Firqət qızı bir neçə ildir ki, həyat yoldaşından ayrılıb:

“Onun iki uşağı var. Boşanandan sonra ata evinə sığınıb. Atası da onu çox istəyir, iki sözünü bir etməzlər. Yeganənin problemi onun həyat yoldaşı ilə olub. Ayrılandan sonra həyat yoldaşı uşaqlarını ondan almaq istəyir. Yeganə isə uşaqlarını ona vermək istəmir”.

Qeyd edək ki, Masallı rayonunda iki uşaq anası evdən qaçıb. Rayonun Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y. M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …