Ana səhifə / Cəmiyyət / İKİ BAŞ REDAKTORUN MƏHKƏMƏSİ YANVARIN 8-i DAVAM EDƏCƏK

İKİ BAŞ REDAKTORUN MƏHKƏMƏSİ YANVARIN 8-i DAVAM EDƏCƏK

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev barəsində “Xüsusi ittiham qaydasında” şikayəti ilə əlaqədar Yasamal rayon Məhkəməsinin «Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması» barədə 07 dekabr 2015-ci il tarixli (İş№-1(004)-653///\/2015) qərarından vermiş apellyasiya şikayətinə baxılıb.

Azinforum.az xəbər veriri ki, Bakı Apellyasiya Məhkəmənin hakim Qədim Babayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə açıq elan edildildikdən sonra, tərəflərin iştirak edib-etməməsinə aydınlıq gətirildi. Sonra şikayət vermiş Asif Mərzilini və onun vəkili Saleh Lələyevi, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Havil Vəliyevi dinləyən hakim müşavirə otağına gedib.
Müşavirə otağından qayıdan hakim Qədim Babayev apellyasiya şikayətinin icraata götürüldüyünü və apellyasiya şikayəti üzrə ilkin baxış iclasının 8 yanvar 2016-cı il tarixə, saat 12.30-a təyin olunduğunu elan edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın