Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “İctimai mühitdə kişilərdən ancaq pislik görmüşəm” – Aysel Əlizadə

“İctimai mühitdə kişilərdən ancaq pislik görmüşəm” – Aysel Əlizadə

Mən ictimai mühitdə kişilərdən ancaq pislik görmüşəm. Onlar məni arxamca pisləyiblər, paxıllıq ediblər, vurmağa pərt etməyə çalışıblar. Heç vaxt heç bir kişinin müdafiəsini görməmişəm. Olmayıb. Harda görsələr, nəsə sübut etməyə çalışıblar, özlərini göstəriblər. Heç kimin ciddi dəstəyini görməmişəm, həyatım boyu olmayıb. Epizodik hansısa məqamda kiminsə nədəsə köməyi dəyib, filan, vəssalam. Amma kimsə məni Aysel Əlizadə etməyib, heç adımın bir hecasında zəhməti, köməyi olan yoxdur. Əksinə həmişə məndən dəstək umublar. Bir nəfər tanınmış kişi adı çəkə bilməzsiz ki, hansısa yazımı, kitabımı, çıxışımı, fikrimi öysün, tərifləsin, misal versin. Amma mənlə fikrən döyüşən o qədər kişi var ki…Qarşıma çıxan da belə edir: Bilirsizmi, feminizm haqqında düşünürəm ki…

Qardaş, mən sənin feminizm haqda fikrini soruşmadım axı…

Ya da Aysel xanım, siyasi mühitdə nə xəbər var? Ətün tökülsün.

O gün biri mənə ərik dərdiyim üçün fürsət bilib oğru yazıb şərhdə. Cavabını vermişəm, heç. Bir də görürəm özü kimi bığıburmanın biri inboxuma yazıb onu məndən qorumağa çalışır.

Bir kişi sənə oğru deyir, o biri kişi də bunu müdafiəyə qalxır. Öz-özümə dedim bu adamların içində necə Aysel Əlizadə ola bilmisən? Möcüzəsən, vallah.

Bir şey də var, yaradılışdır, belə uyğun bilib yaradan. Danışıq, səs, ağıl, savad, görünüş, məntiq, istedad, xarakter hər şey verib. Daşımaq asandımı? Deyil. Bəzən heç deyil.

Ona görə də ərik ağacı ilə bağlı statusumda kişi izləyicilərimin məni müdafiə etdiyini görəndə təəccübləndim. Qadınlar heç, onlardan pislik görməmişəm. Uzaq başı bir-ikisi qısqanıb edib.

Aysel Əlizadə, yazıçı

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …