Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / İcra Hakimiyyətindən Xətainin heykəlinin köçürülməsinə REAKSİYA

İcra Hakimiyyətindən Xətainin heykəlinin köçürülməsinə REAKSİYA

Bakı Şəhər İcra Hakimiyyəti Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı açıqlama verib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən daxil olan məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olub. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

Məlumatda bildirilib ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəkliklər salınıb. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir.
Həmçinin, Xətai heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır.


Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …