Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İcra Hakimiyyətindən ölkədən qaçdığı deyilən əməkdaşı ilə bağlı AÇIQLAMA

İcra Hakimiyyətindən ölkədən qaçdığı deyilən əməkdaşı ilə bağlı AÇIQLAMA

Nərimanov rayon İcra Hakimiyyəti keçmiş şöbə müdirinin ölkədən qaçması haqda yayılan məlumata münasibət bildirib.

Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi saytlarda Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Rəfail Abdullayevlə bağlı getmiş məlumatlar yanlışdır:

“Abdullayev Rəfail Hüseynqulu oğlu 2017-ci il sentyabrın 13-dən etibarən Nərimanov Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2019-cu il sentyabrın 16-da isə öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hazırda bizdə olan məlumata görə, biznes fəaliyyəti ilə məşğuldur. Saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …