Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısının şirkəti ilə bağlı qərar verildi – FOTO

İcra başçısının şirkəti ilə bağlı qərar verildi – FOTO

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki şirkətinə və asfalt zavoduna qoyduğu 7 milyon avronun “halal” olması barədə fətva verib. Belə ki, Lvov vilayətində elan olunan tenderlərdən birində iştirak etmək üçün “ALOV-BUD” MMC antikorrupsiya idarəsindən arayış almaq məcburiyyəti ilə üzləşib. Həmin idarə də şirkətin direktoru Vüqar Hacıyevə “halallıq serifikatı” təqdim edib».

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Ziyəddin Əliyev hələ ötən ilin mayında Ukraynada korrupsiya əleyhinə araşdırmalarının hədəfindən yayınmaq üçün “Alov-bud” MMC-nin qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb. Şirkət onun ən yaxın adamı və Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib. Vüqar Hacıyev Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır. Fotoları təqdim edirik

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …