Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İCRA BAŞÇISININ MÜAVİNİ DANIŞDI:  “OĞLUM HARIN DEYİL, GECƏLƏR QAROVUL İŞLƏYİR”

İCRA BAŞÇISININ MÜAVİNİ DANIŞDI:  “OĞLUM HARIN DEYİL, GECƏLƏR QAROVUL İŞLƏYİR”

Azinforum.az xəbər verir ki, bir neçə gün əvvəl,  bəzi KİV-lər Goranboy rayon İcra Hakimiyyətinin müavini Elçin İsmayılovun oğlunun Zərdab rayonu Alıbəyli kəndində konflikt yaşadığı barə məlumat yaymışdı. Həmin xəbərlərdə qeyd edilirdi ki, Elçin İsmayılovun oğlu qonaq getdiyi kənddə avtomobili sürətlə sürdüyü səbəbindən yerli sakinlər ona irad bildirib və nəticədə dava-dalaş yaşanıb. Məlumatı yayan KİV-lər iddia edir ki, günahkar icra başçısı müavininin oğlu olduğu halda, davanın digər iştirakçısı olan yerli sakin Elçin Umarov həbs edilib. Hadisə qeyri iş günlərinə təsadüf etdiyi səbəbindən biz məsələni araşdırmaq üçün Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik.

Azinforum.az bu gün yayılan məlumatlarda adı hallanan icra başçısının müavini Elçin İsmayılovla əlaqə saxlayıb. O, informasiya portalımıza açıqlamasında bildirdi ki,  təəssüflər olsun məsələnin mahiyyəti cəmiyyətə təhrif edilmiş formada çatdırılır:

“Bəli, biz bayram günü həmin kənddə qonaq olmuşuq. Mənim institut tələbəsi olan oğlum ev sahiblərindən biri ilə mağazadan nəsə almağa çıxıb. Həmin vaxt kəndin sakinlərindən bir neçəsi  yaxınlaşaraq, onu kənddə nə gəzdiyi ilə bağlı sorğu sual  etməyə başlayıb. Son nəticədə isə oğlumu vəhşicəsinə döyüblər. Mənim oğlumun güya kənddə yüksək sürətlə maşın sürməsilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Həmin gün o, avtomobil idarə etməyib. Mən oğlumu görəndə tanımadım. Onun sifəti qanın içindəydi. Yerli polis məsələni araşdırandan sonra, müəyyən edib ki, hadisəni törədən Elçin Umarov olub, bu səbəbdən də onu saxlayıb”.

İcra başçısının müavini bu hadisənin təhrif edilmiş formada KİV-lərə ötürülməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi:

“Mən məsələnin kökünü araşdırdım. Məlum oldu ki, hazırda saxlanılan şəxsin yaxın qohumu olan bir xanım hansısa saytla əməkdaşlıq edir. İlkin məlumatı da məhz o, öz marağına uyğun şəkildə təqdim edib.  Bəzi saytlar məsələnin mahiyyətinə varandan sonra yalnışlığı aradan qaldırdılar.   Mənim oğlumu harın kimi təqdim edirlər. Məmur kimi demirəm, bir ata olaraq bildirirəm ki, bu bir gənci informasiya terroruna məruz qoymaqdı. O, necə harın ola bilər ki, həm institutda oxuyur, həm də gecələr  qarovul işləyir? Bir daha qeyd edirəm ki, biz Zərdabda saxlanılan şəxsdən şikayətçi deyilik. Yəqin ki, bu günlər ərzində səhvini başa düşüb. Onun da tezliklə ailəsinə qovuşmasını istəyirəm”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın