Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısının müavini: “Bu Lavrov lap kasıb imiş ki…”
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

İcra başçısının müavini: “Bu Lavrov lap kasıb imiş ki…”

“Amerikanın Səsi” Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun adına olan əmlakı barədə The Insider-ə istinadən xəbər yayıb. 
Məlum olub ki, dünyanın böyük dövlətinin naziri cəmi iki daşınmaz əmlaka sahibdir. Əmlakların birlikdə dəyəri 10 milyon dollara yaxındır. “Amerikanın səsi” xüsusi təəccüblə bildirib ki, bu xarici işlər nazirinin gəlirindən xeyli yüksəkdir. Mətbuat qeyd edib ki, bunu bazar dəyəri ilə aldığını güman etsək, nazirin 120 il qazancı kifayət etməzdi. Lavrov 16 ildir Rusiya Xarici İşlər Nazirliyinin rəhbəridir. Məlumata görə, vəzifəli şəxs Rublyovo-Uspenski şossesindəki Jukovka kəndində sahəsi 499 kvadratmetr olan üçmərtəbəli malikanəyə sahibdir. Əvvəllər burda dövlət bağları vardı, amma indi Moskva vilayətinin ən bahalı bölgələrindən biridir. The Insider-ə görə, bir evin dəyəri  5 milyon dollardan çox ola bilər. Əlavə olaraq bildirilir ki, metronun Puşkinskaya stansiyasının yaxınlığında, Moskvanın mərkəzində Lavrovun adına 247 kvadratmetr bir mənzili də var. Bu mənzilin də bazar dəyəri 5 milyon dollara yaxındır. Mənzili Lavrova  qızının bağışladığı deyilir. Nəşrin bildirdiyinə görə, qızı həmin vaxt  25 yaşında olub və o, bizneslə məşğul olmayıb.
P.S. Bu xəbəri oxuyan Bakı şəhər rayonlarından birinin icra başçısının müavini: “ yazıq Lavrov, bu niyə belə kasıb imiş”, deyib qəh-qəh çəkib və “ bu yazığa qızı hədiyyə verir,mən də qızıma hədiyyə etdiyim villanın dəyəri onun “obşi” əmlakından bahadır”- deyib və xeyli müddət gülməyinə davam edib. 
P.S. S.Bu xəbəri oxuyan Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves isə təəccüblə başını bulayıb və 2016-cı ildə vəzifə səlahiyyətləri bitib istefaya gedəndə oğlunun xaricdə təhsili üçün aldığı borcunun hələ qaytara bilmədiyini yadına salıb və Lavrovun  korrupsioner olub-olmaması barədə bir xeyli fikrə gedib. Moderator.az

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …