Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı biznesini təkzib etdi, amma faktlar açıqlandı – SİYAHI

İcra başçısı biznesini təkzib etdi, amma faktlar açıqlandı – SİYAHI

Çılpaq qızların videosu ilə bərabər Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev də gündəmə gəldi.

İcra başçısı Almaniyada yaşayan siyasi mühacir Məhəmməd Mirzəli tərəfindən gündəmə gətirilmişdi. O, həmin qızların olduğu məclisdə icra başçısının oğlunun da iştirak etdiyini idddia etsə də, bu, Adil Vəliyev tərəfindən təkzib olundu.

A. Vəliyev bildirdi ki, “Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”. İcra başçısı eyni zamanda qeyd etmişdi ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: 

“Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər o, Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Bu mövzunun ardınca sosial şəbəkələrdə icra başçısının sahibi olduğu biznesin siyahısı yayılıb. Hazırda kütləvi şəkildə paylaşılan xəbərdə bildirilir ki, siyahıda olanlar Adil Vəliyevin sərvətlərinin kiçik bir hissəsidir. Həmin siyahını təqdim edirik:

1. “Sarı gəlin” şadlıq sarayı.

2. “AQAT” şadlıq sarayı.

3. “Bakıxanov Rezidens” yaşayış kompleksi.

4. “Volkswsvagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər Adil Vəliyevə məxsusdur.

5. Binalara üzlüklər çəkən şirkət (“AQAT”)

6. “Azəravtoyol”un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.yenisabah

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …