Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hilal Əsədovun həyat yoldaşının baş həkim olduğu poliklinikada yoxlama – VİDEO, FOTOLAR

Hilal Əsədovun həyat yoldaşının baş həkim olduğu poliklinikada yoxlama – VİDEO, FOTOLAR

Milli təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın baş həkimi olduğu 14 saylı uşaq poliklinikasında yoxlamalar başlayıb.
Azinforum.az xəbər verir ki, poliklinikaya reportaj üçün gedən “Yeni Müsavat” qəzetinin əməkdaşları həmin yoxlamalara şahid olublar.
Poliklinikanın işçiləri içəridə səhər saat 9-dan yoxlama aparıldığını və onun saat neçəyə kimi davam edəcəyini bilmədiklərini deyiblər. Nüşabə Əsədova yoxlamalarla bağlı əməkdaşları təlimatlandırıb, onlara bir-bir yoxlanacaqları haqda xəbərdarlıq edib. Baş həkim yoxlamaların bütün tibb müəssisələrində keçirildiyini bildirib, işdən çıxarılacağı ilə bağlı ehtimalı istisna edib.
Generalın xanımı Nüşabə Əsədova əri haqda verilən suallardan boyun qaçırıb, qısa cavabla kifayətlənib: “Həyat yoldaşım evdədir, təqaüdə çıxıb… Nazirlik bağlanıb, onun iş yeri yoxdur axı harasa getsin?..”.
Həmin görüntüləri təqdim edirik:

Generalın arvadının poliklinikasında yoxlama -  Video
Generalın arvadının poliklinikasında yoxlama -  Video

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın