Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hicran Valehov nöqsanlara görə işdən çıxarıldı

Hicran Valehov nöqsanlara görə işdən çıxarıldı

“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Hicran Valehov dünən vəzifəsindən azad olunub.

Əldə etdiyimiz digər məlumata görə, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Sədr müavini dünən təm-təraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq.

Xəbəri dəqiqləşdirmək üçün “Azərbaycan Dövlət Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab vermədi.

Qeyd edək ki, 1968-ci ildə anadan olan Hicran Valehov 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini olub. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …