Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Heç kim uşağı oxumağa məcbur edə bilməz” – Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” – Məhəbbət Vəliyeva

“Qızların təhsildən yayındırılması əsasən 9-cu sinifdən, ümumi orta təhsil pilləsi bitdikdən sonra müşahidə edilir”.

Bu barədə AzVision.az-a Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, əksər hallarda qızların məktəbə gəlməsi bərpa edilsə də, bəzi hallarda bu mümkün olmur. “Belə hallar olanda məktəb rəhbərliyi tərəfindən müdaxilə edilir, valideynlə danışılır. Valideynin qarşısına uşağı məktəbə göndərməsi məcburiyyəti qoyulur. Nəticə əldə edilməyəndə yerli icra hakimiyyəti orqanları məsələyə müdaxilə edir. Əksər hallarda biz uşağı yenidən məktəbə qaytara bilirik. İstisna hallar olur ki, valideynlər qızını oxutmaqdan imtina edir. Bu çox nadir hallarda olur”.

M.Vəliyeva qeyd edib ki, əsasən Bakıətrafı qəsəbəblərdə qızların məktəbdən yayınması halları olur: “Bəzi hallarda valideyn qızının sadəcə oxumağını istəmir, bəzi hallarda maddi çətinlik olur və bəhanə gətirir ki, geyindirməyə, təmin etməyə imkanı yoxdur. Bəzi hallarda uşaqlar ailəyə kömək edir, yəni sosial şəraitlə bağlı məsələ olur. Bəzi hallarda da ailə qızı nişanlayır və oğlan tərəfi icazə vermədiyi üçün qızın təhsilini davam etdirməsinə qoymur”.

BŞTİ rəsmisi qeyd edib ki, son dövrlər qızların əsasən 9-cu sinifdən sonra məktəbdən yayındırılması hallarına rast gəlinir: “Təhsildə icbarilik ümumi orta təhsil pilləsi üzrədir. 9-cu sinifi bitirdikdən sonra heç kəs uşağı oxumağa məcbur edə bilməz. Sözsüz ki, məktəb o zaman məsələyə müdaxilə edir ki, istedadlı gənc qız təhsildən özünün istəyi, arzusu olmadan yayındırılır. O zaman bu məsələdə valideynlərə hər cür təsir etməyə çalışılır. Lakin burada məcburiyyət ola bilməz”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …