Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Heç kimə çılpaq şəklinizi göndərməyin!” – Fərhad Mehdiyev

“Heç kimə çılpaq şəklinizi göndərməyin!” – Fərhad Mehdiyev

“Həyatda ən sevdiyiniz məxluq belə olsa, lap doğma ailə üzvünüz olsa da, heç kəsə əsla və əsla NUDE (çılpaq) şəkil yollamayın”.

Bu xəbərdarlığı sosial şəbəkədə hüquqşünas Fərhad Mehdiyev edib.

O, qeyd edib ki, ağlabatan maksimum açıq görünmə dərəcəsi ancaq çimərlikdəki geyim qədər ola bilər:

“Müayinə üçün həkiminzə belə çılpaq şəkil göndərməyin. Sizə yollayanlara da xəbərdar edin ki, etməsinlər. 

Hazırda telefonlara kənardan müdaxilə etmək çox çətin deyil. Daha sonra cinayətkarları axtarıb cəzalandırmağa çalışmaq əvəzinə, onlara belə bir fürsət vermək lazım deyil. Başınız sakit və dinc qalsın.

Başqasının intim şəkillərini yaymaq cinayətdir. Başqası kim olursa olsun. İstisna Jennifer Lopez, Kim Kardaşyan və Mariya Keri təşkil edir”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …