Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Hal-hazırda xəstəxanadayam, müalicə almağa başlamışam” – Kəramət Böyükçöl

“Hal-hazırda xəstəxanadayam, müalicə almağa başlamışam” – Kəramət Böyükçöl

Xəbər verdiyimiz kimi, kirayədə qaldığı evin sahibinin və qonşuların şikayətləri əsasında polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl bu gün sərbəst buraxılıb.

K.Böyükçöl baş verənlərlə bağlı paylaşım edib. O bildirib ki, nə olursa olsun içkili vəziyyətdə çıxışlar etməməliydi.

“Günlərdir gərgin idim. Ürəyim partlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım. Bütün hallarda nə olursa olsun, içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm.

Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam”, – deyə yazıçı qeyd edib.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …