Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist qəzaya düşdü 

Jurnalist qəzaya düşdü 

Azinforum.az-ın məlumatına görə, Hafta.az saytının müxbiri Əli Rais Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaqlar və kotteclərdəki şəraitlə tanış olmaq üçün oraya yollanıb. Lakin əməkdaşımız hadisə yerinə çatmadan qəzaya uğrayıb.

172 nömrəli avtobus Binə yolunda digər avtobusla toqquşub. Qəza nəticəsində avtobusun şüşələri tamamilə sınıb. Əməkdaşımız bütün sınan şüşələrin arasında qalıb. O, yüngül xəsarətlərlə hadisədən qurtula bilib. Lakin sınan şüşənin yanında əyləşən sərnişinlər yüngül xəsarətlər alıb. Əməkdaşımızın səhhəti hal-hazırda yaxşı olsa da, o, üzərindəki şüşə qırıntılarından təmizlənməyə çalışır.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın