Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Hacı Zeynalabdin Tağıyev barədə film Böyük Britaniya festivalında seçilmiş filmlər siyahısında

Hacı Zeynalabdin Tağıyev barədə film Böyük Britaniya festivalında seçilmiş filmlər siyahısında

Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Böyük Britaniya Ramsgate International Film & TV Festival Film festivalında seçilmiş filmlər siyahısına düşüb.

Britaniya Ramsgate International Film & TV Festivalı-n jüri üzvi olan Brenda Blethyn Cannes Festivalında ən yaxşı aktrisa olaraq seçilib və Oscar-a namizəd seçilib. Brendaya digər çox məşhur festival qalibləri olan qonaqlar da qoşulacaq. Festivalın Jüri üzvlərinə çox məşhur festjval qalibləri olan Nick Broomfield, Jimmy Akingbola, Andy Mayson (Altitude Films), Dee Anderson daxil di. Festival 20 iyun 2021-ci il tarixlərində birincilik uğrunda beynəlxalq festivalda nümayiş ediləcək “100 il şərəfli ömür” filmi ölkəmizi təmsil edəcək.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 14 mükafat alıb Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …