Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hacı Şahin xütbə zamanı baş verən təxribatdan DANIŞDI

Hacı Şahin xütbə zamanı baş verən təxribatdan DANIŞDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cümə xütbəsi zamanı baş verən hadisədən danışıb.

“Qafqazinfo”ya açıqlama verən Hacı Şahin qeyd edib ki, xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başlayıb:

“Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirib”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …