Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Hacı Qalib Salahzadə: “Vallah, heç bilmirəm nə məsələdir”

Hacı Qalib Salahzadə: “Vallah, heç bilmirəm nə məsələdir”

“Yayılan xəbərlər ola bilsin mənə qarşı seçkiqabağı təxribatdır”.

Azinforum.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında Milli Məclisin üzvü Qalib Salahzadə evindən silah-sursat aşkar edilməsi ilə bağlı bu gün mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

Qalib Salahzadə Bilgəhdə bağ evinin olduğunu, ancaq evdən silah-sursat tapıldığı haqda yayılan xəbərlərin nə məqsəd güddüynü bilmədiyini dedi: “Vallah, söhbətin nədən getdiyini heç özüm də bilmirəm. Hansı bağ evindən söhbət gedir? Hamı bilir ki, mənim bağ evlərim var, ancaq gözətçim-filan yoxdur. Bakılı olduğuma görə yəqin fikirləşiblər ki, bakılının silahı olar, belə bir məlumat uyduraq, yayaq. Hüquq-mühafizə orqanlarından mənə heç kim zəng vurmayıb. Heç kim məni polisə çağırmayıb. Bayaqdan iclasda idim, xəbərləri parlamentdə eşitdim”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın