Ana səhifə / Cəmiyyət / Hacı Qalib: “Əmimin 6 arvadı var idi, xəbər tutdu ki, arvadın biri ərə gedib…”

Hacı Qalib: “Əmimin 6 arvadı var idi, xəbər tutdu ki, arvadın biri ərə gedib…”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadənin 6 arvadı olan ərəbə qızıl mədənlərinə sahib olduğunu biləndən sonra “sən lap arvadı az almısan ki…” deməsi müzakirəyə səbəb olub.

Sabiq deputat məsələyə aydınlıq gətirib:

“Peyğəmbərimiz deməyib ki, 4 arvad al. Deyib ki, 4 arvad ala bilərsən. Bəzi kişilər heç bir arvadı saxlaya bilmir, ona necə deyəsən ki, 4 arvad al, saxla?!

Elə şeylər var, Peyğəmbərimiz buyurub, amma bilməmişik ki, nə deyir. Deyirlər, “sözdür, deyir də…” Belə deyil. Arvadla kişi həmyaşıd olanda kişi çox vaxt arvada nisbətən cavan qalır. Belə olanda arvad kişinin əl-ayağını yuya, ona lazımi dərəcədə diqqət göstərə bilmir. Buna görə də Peyğəmbərimiz məsləhət bilib ki, imkanın varsa, arvadların hamısını eyni gözlə görə bilirsənsə, lap 4 arvad al. Yəni şəriət buna icazə verir.

Mən özümdən Amerika kəşf etmirəm. Deyə bilmərəm ki, belə şey olar, ya olmaz. Peyğəmbər necə deyibsə, müsəlman özünü o cür idarə etməlidir. Peyğəmbər deməyib ki, məcburi surətdə 4 arvad al.

Hardan biləydim ki, ərəblərdə belə qanun var – böyük arvaddan icazə alıb, yanında 2 arvad da saxlaya bilərsən. Vallah, heç yadımdan çıxmır, arvadlar elə gözəl idilər ki. Hamısı da şokolad rəngində. Məəttəl qaldım ki, elə gözəl arvadlar o kişidə nə görüblər, başına fırlanırlar…

Əvvəl elə bildim ki, həmin ərəb kişi qadınların nökəridir. Rəhmətə gedən əmim var, mənimlə həmyaşıd idi. 6 arvadı var idi. Arvadın birinin rəsmi nikahı yox idi, amma molladan kəbini var idi. Əmim 6 ay sonra xəbər tutdu ki, arvadın biri ərə gedib…

Belə arvad saxlamağa nə var ki?! Axı şəriət bu cür buyurmayıb…” Pravda.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …