Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Hacı Nuran xəstəliyinin səbəbini açıqladı: “Ayrılığın sonuna tələsirəm”

Hacı Nuran xəstəliyinin səbəbini açıqladı: “Ayrılığın sonuna tələsirəm”

Həyat Fondunun təsisçisi, tanınmış teleaparıcı Hacı Nuran Hüseynov uzun zamandır ki, düçar olduğu xərçəng xəstəliyinin səbəbini açıqlayıb.

Teleaparıcı bunu mərhum anasının ölümü ilə əlaqələndirib:

“15 noyabr… mən bu tarixi heç sevmirəm. Amma ola bilsin tarixin də günahı yoxdur. İnsan gəldiyi və getdiyi günü də sevməlidir. Bir neçə il öncə anam uzun sürən xərçəng xəstəliyindən sonra həyatını tərk edəndə mən lap tək qaldım. Və hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stressdən özüm də xəstəlik tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram, amma anamı nə qədər də müalicə etsək də xilas edə bilmədik”. (AzNews.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …