Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Hacı Məmmədovun boğazında qızartı izləri var, meyiti hələ də morqdadır + Fotolar

Hacı Məmmədovun boğazında qızartı izləri var, meyiti hələ də morqdadır + Fotolar

Hacı Məmmədovun nəşi hələ də morqda saxlanılır. Məlumata görə mərhum polkovnikin yaxınları nəşi götürmək üçün morqa gəlməyib. 

Nəşin ailəyə təhvil verilməməsi ilə bağlı başqa bir versiya isə müayinələrdən sonra ekspertizanın yekun rəyinin hələ də hazır olmamasıdır.
Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin rəisi Ceyhun Allahverdiyev trend.az-a açıqlamasında meyitin müayinə edildiyini və analizlərin götürüldüyünü söyləyib.

“Meyit müayinə olunub, lazımi analizlər götürülüb və Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə təhvil verilib. Hazırda meyit oradadır. Meyiti mən müayinə etmişəm. Mərhumun ağ ciyərində şiş var idi. Bunun xərçəng xəstəliyi olub-olmadığını deyə bilmərəm. Hazırda analizlərin cavablarını gözləyirik. Cavab gələndən sonra onun tam xəstəliyi və nədən dünyasını dəyişdiyini açıqlayacağıq. Analizlərin cavablarını alandan sonra xəstəlikləri dəqiqləşəcək və bu barədə ictimaiyyətə açıqlama verəcəyik”- deyə C.Allahverdiyev söyləyib.

Amma analizlərin cavabı gözlənilmədən meyit ailəsinə təhvil verilə bilər. Bu gün səhər saatlarından morqa gətirilən H.Məmmədovun nəşi ailəsi tərəfindən götürülməyib. Diqqət çəkən məqam isə H.Məmmədovun ailə üzvlərinin nəşin harada olması barədə məlumatsız olduqlarını deməsidir. Hətta sabiq polkovnikin intiharından belə xəbərsiz olduqlarını iddia edirlər.

Bu gün musavat.com-un əməkdaşı axşam saatlarına qədər Hacı Məmmədovun nəşininin saxlanıldığı Yasamal rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsində olub. Amma onun ailə üzvlərindən heç kimi görə bilməyib.

Əməkdaşımız şöbədə olarkən H.Məmmədovun nəşinin fotolarını da görə bilib. Belə ki, ekspertiza şöbəsinin əməkdaşlarından birinin mobil telefonunda H.Məmmədovun nəşinin fotoları olub. Həmin fotolarda H.Məmmədovun bədənin boğaz nahiyyəsindən qarın nahiyyəsinə qədər yarıldığı və daha sonra tikildiyi görünür. Onun boğazının sağ və sol hissələrində qızartı izləri var. Ehtimal edilir ki, bu intihardan sonra H.Məmmədovun boğazında qalan izlərdir.

Ekspertiza şöbəsinin əməkdaşları onu da istisna etmədilər ki, ola bilsin H.Məmmədovun nəşi gecə saatlarında ailəsinə təhvil verilə bilər. (musavat.com)

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …