Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Habil Vəliyev sabah Apellyasiya Məhkəməsinə gətiriləcək

Habil Vəliyev sabah Apellyasiya Məhkəməsinə gətiriləcək

Sabah saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, bir müddət əvvəl DTX-nin həbs etdiyi Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsulliyyətinə cəlb edilməsinə dair YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçiriləcək.

Habil Vəliyevin məhkəmə prosesinə gətiriləcəyi gözlənilir, istintaq təcridxanasına onun gətirilməsi ilə bağlı “zayavka”da verilib.

Xatırladaq ki, Rizvan Vahabov barəsində yazılan böhtan və təhqirlərə görə Habil Vəliyevi xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun 23 dekabr 2015-ci il tarixli qərarı isə şikayət rədd edilmişdi. Rizvan Vahabov həmin qərardan apellyasiya şikayəti vermişdi, lakin 17-09-2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, prosesə sədrlik edən Əmir Bayramov Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsulliyyətinə cəlb edilməsinə dair Rizvan Vahabov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət və şikayətə əlavə üzrə məhkəmənin baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsilə bağlı apellyasiya şikayətinin təmin olunmaması barədə qərar vermişdi.

Nəhayət, R.Vahabov həmin qərardan Ali Məhkəməyə kassasiya şikyəti vermişdi. Ali Məhkəmənin Cinayət Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb…

Beləliklə, sabah hakim  Camal Ramazanovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun Habil Vəliyevin barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə baxılacaq. Habil Vəliyevin məhkəməyə gətiriləcəyi gözlənilir.(tezadlar.az)

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …

Bir cavab yazın