Ana səhifə / Cəmiyyət / “Həyatda ehtiraslı olmaq, öpüşmək vacibdir” – Könüldən QALMAQALLI AÇIQLAMA – FOTO

“Həyatda ehtiraslı olmaq, öpüşmək vacibdir” – Könüldən QALMAQALLI AÇIQLAMA – FOTO

Tanınmış rejissor Aqil M.Quliyevin son açıqlamasında azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəbləri ilə bağlı söylədiklərinə qarşı tərəfdən cavab gecikməyib.
Ehtiraslı obrazları və cəsarətli açıqlamaları ilə daim diqqət çəkən aktrisa Könül Yusif qızı rejissorun qalmaqallı sözləri ilə bağlı Milli.Az-a açıqlama verib:
“Aqilin aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır sözləriylə razı deyiləm. Məncə, çəkici olmasi kifayətdir. Əsas iyrənc olmasın. Öpüşməklə bağlı dedikləri isə tamamilə düzdür. Həyatda öpüşə bilməyən filmdə necə öpüşəcək?! Səhnə təbii, səmimi alınması üçün adamın həyatda ehtiraslı olması, öpüşməsi vacibdir.
Aqilin “Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar” sözlərinə xeyli güldüm. Kişi düz deyir də. Bu səhnələr cəsarət tələb edir. Az-çox açıq-saçıq səhnələrim var.
Bir neçə il əvvəl Ayaz  Salayev çəkirdi və mən tam çılpaq səhnələrə razılıq vermişdim. Bircə istəyim var idi… çox pul istəmişdim.
İndi mənim heç vecimə deyil, bəs cavanlar?! Olmur, bu yalançı mentalitet hay-küyü qorxudur onlar.
Bəlkə də yaxşı pul verilsə, aktrisalar risk edər. Bilər ki, etdiyinə görə aldığı var. Bari avtobusda söyməyəcəklər, maşında gəzəcək”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …