Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Həsən Həsənov Polşada erməni tələbəni zaldan qovdu

Həsən Həsənov Polşada erməni tələbəni zaldan qovdu

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun Varşava Universitetinin tələbələri ilə görüşü olub.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Həsən Həsənovun görüşü ötən gün – 15 mayda baş tutub. Görüşə Polşa Universitetində təhsil alan erməni tələbə Tiqran Ohanyan da qatılmaq istəyib və zala girib.

T.Ohanyan bu barədə sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, zala girərkən Azərbaycanın səfiri Həsən Həsənov mənə baxdı və dedi: “Mən bu oğlanı tanıyıram. O ermənidir. O burdan çıxmayana qədər mən danışmayacağam”.

Zalı tərk etməyə məcbur olduğunu yazan T.Ohanyan Həsən Həsənovun bununla tələbələrə “dözümsüzlük dərsi” keçdiyini bildirib.

Maraqlı məqam səfirimizin hansısa bir erməni tələbəni tanıması və bunu açıq-aşkar bildirməsidir. T.Ohanyanın “dözümsüzlük dərsi” ritorikasından da hiss olunur ki, bu erməni tələbə bir neçə dəfə öz təxribatçılığı ilə cənab səfirimizin diqqətini çəkib. Bu səbəbdən Həsən Həsənov onu zaldan qovmaq zərurətini hiss edib.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın